XƏBƏRLƏR
30.09.2021
30 SENTYABR - BEYNALXALQ TƏRCÜMƏ GÜNÜ

“Beynəlxalq Tərcümə Günü” 1991-ci il 30 sentyabrdan etibarən qeyd edilir. Bəs bu günün yaranma tarixi və necə yaranması barədə məlumatımız varmı?
Avrasiya Tərcümə Mərkəzi olaraq qərara gəldik ki, bu məqalədə bizə həsr edilmiş bu gün barədə məlumat verək.
Beynəlxalq Tərcüməçilər Günü Beynəlxalq Tərcüməçilər Federasiyası (IFT- İnternational Federation of Translators) tərəfindən təsis edilib. Həmin gün tərcüməçilər, dilçilər, tərcümə fakultəsinin tələbələri, yazarlar, ümumiyyətlə dil sənayesinin bütün üzvləri peşələrini qeyd etmək üçün dünyadakı bütün tərcüməçilərlə həmrəy olurlar.
Tərcümə artıq mütərəqqi qloballaşma dövrünün əsas ehtiyacı olan bir peşəyə çevrilib. Müxtəlif xalqları birləşdirməkdə, sülhü, inkişafı və anlaşma səviyyəsini gücləndirməkdə tərcüməçilərin rolu çox böyükdür.
Tərcüməyə və Tərcüməçilərə həsr olunmuş bir neçə ifadə:

"Əgər Tərcümə olmasaydı, öz ölkəmin sərhədləri ilə məhdudlaşardım. Tərcümə mənim ən əsas müttəfiqimdir. O məni dünyaya tanıdır ". - Italo Calvino

"Yazıçılar milli ədəbiyyat, tərcüməçilər isə ümummilli ədəbiyyat yaradır". - Jose Saramago

"Tərcüməçilər şah əsərləri öz dillərində yenidən yazmaq imkanı olan imtiyazlı yazıçılardır". - Javier Marías

Biz də “Avrasiya” Tərcümə mərkəzi olaraq bu xüsusi günü öz həmkarlarımızla xüsusi şəkildə qeyd etdik və mərkəzimiz adından bütün dünyadakı həmkarlarımızı təbrik edir, işlərində müvəffəqiyyətlər diləyirik. Uğurlarınızla daim öndə olasınız, Əziz Tərcüməçilər!

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər