XƏBƏRLƏR
03.12.2021
TƏRCÜMƏNİN DÖVRLƏRİ

"Tərcümə" sözü "gətirmək və ya keçirmək" mənasını verən latın terminindən yaranıb. Buna müvafiq digər termin isə qədim yunanca “qarşıdan danışmaq” mənasını verən “metafrazis” sözündən gəlir və buradan da “sözdən sözə tərcümə” mənasını verən “metafraza” termini yaranıb. Bu terminlər tarix boyu tərcümə ilə bağlı nəzəriyyələrin özəyini təşkil edib və və əsrlər boyu tərcümənin nə vaxt və harada istifadə edildiyi barədə fikirlər formalaşdırıb.

Tərcümə, hələ Mesopotamiya erasında Şumer poeması olan “Gilqameş” Asiya dillərinə tərcümə olunarkən həyata keçirilirdi. Bu tarix, təxminən eramızdan əvvəl II minilliyə aiddir. Ümumilikdə isə tərcümə tarixinin dörd dövrə bölündüyü, yəqin ki, çox az bilinən bir faktdır.

 • Birinci dövr Siseron və Horatsinin tərcümə ilə bağlı üzərində işlədikləri əsərlərin dövrünə təsadüf edir və 1791-ci ildə Aleksandr F.Taylerin “Tərcümə prinsipləri haqqında esse” əsərinin nəşri ilə başa çatır.

• İkinci dövr 1946-cı ilə yəni  Valeri Larboudun  ” Sous Linvocation de Saint Jerome ”  əsərinin nəşr olunduğu ilə qədərdir.

• Üçüncü dövr 1940-cı illərdən,  maşın tərcüməsi üzrə ilk məqalələrin nəşr olunduğu 1960-cı illərə qədər olan iki onilliyi əhatə edir.

• Dördüncü dövr  isə 1960-cı illərdən başlayır və hələ də davam edir.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər