XƏBƏRLƏR
09.11.2021
9 NOYABR - “BAYRAQ BAYRAMIMIZ MÜBARƏK”

9 NOYABR - “BAYRAQ BAYRAMIMIZ MÜBARƏK”

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.

Daha sonra üç rəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə Respublika Prezidenti İlham Əliyev 17 noyabr 2009-cu ildə hər il noyabr ayının 9-u tarixində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdı.

Biz də bütün Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirən Azərbaycan bayrağının hər zaman zirvələrdə dalğalanmasını diləyirik.

Bayraq bayramınız mübarək!

 

 

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər