XƏBƏRLƏR
09.05.2022
9 MAY - FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Tarixdə həmişə olduğu kimi, I və II dünya müharibələrində də neft dünya siyasətinin əsas amili kimi “hökmranlıq” edirdi. “Əgər biz Bakı neftinə sahib olmasaq demək müharibəni bu başdan uduzmuşuq” söyləyən Adolf Hitlerin hərbi strategiyasının əsas məqsədi Cənubi Qafqazın strateji əhəmiyyətə malik ərazisi olan, zəngin təbii sərvətləri ilə diqqəti cəlb edən Azərbaycanı əldə etmək idi. Bir həqiqət var ki, insanlara ölüm və fəlakət gətirən hər cür antibəşəri istəyin özü, onu həyata keçirənlər məhvə məhkumdur. Necə deyirlər: "Zülüm də, zalım da var ola bilməz!
 
Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. Azərbaycanın faşizmə qarşı ölüm-dirim savaşı apardığı Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.

Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər